İrəvanda etiraz aksiyası

  • By admin
  • 31 Dekabr 2021 14:00

Ermənistan Baş Prokurorluğunun qarşısında “Aşot Yerkata azadlıq” adlı etiraz aksiyası keçirilir.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, aksiyanı baş nazir Nikol Paşinyana müxalif qüvvələr təşkil edib.

Onlar prokurorluqdan bir aydır ki, həbsdə olan “Sisakan” dəstəsinin komandirini və onun döyüş yoldaşı olmuş 3 zabitin azadlığa buraxılması tələbini səsləndirirlər.

Etirazçılar digər zabitlərin də günahsız yerə həbs edildiyini bildiriblər, onların tezliklə azadlığa buraxılmasını tələb edirlər.

İrəvan polisinin aksiya keçirilən ərazidəki yolları bağladığı bildirilir.

Qeyd edək ki, həbs olunan hərbçilər sərhəd hadisələrində yol verdikləri qanunsuzluqlara görə ittiham olunurlar.

Gununsesi.info