İrəvanda hərbçilər prezidenti tələb edir: Sarkisyan gəlməsə…  - VİDEO

  • By admin
  • 06 Mart 2021 18:04

Hazırda Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində müxalif Vətənin Xilası Hərəkatının növbəti mitinqi davam edir.

Gununsesi.info xəbər verir ki, Daşnaktsütyun partiyasının nümayəndəsi, “Yerkir Media” telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Manukyan çıxışında müxalifətin mövqelərinin güclü və dəyişməz olduğunu bildirib.
Hərəkatın tələbləri dəyişməz olaraq qalır – Ermənistan baş naziri Nikol Paşinyanın istefası, müvəqqəti hökumətin qurulması və erkən parlament seçkilərinin keçirilməsi.

Prospektin Milli Məclis binası ilə üzbəüz hissəsi 25 fevral axşamından bəri bağlıdır, çadırlar qurulub, hərəkat fəalları və onlara dəstək verən vətəndaşlar gecə-gündüz xidmətdədir.

Mitinqdə “Ordu, Millət, Zəfər” və “Nikolsuz Ermənistan” şüarları səslənir.

***

16:19

Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edərək prezident Armen Sarkisyanla görüşmək üçün avtombil karvanı ilə İrəvanın Baqramyan prospektinə irəliləyib.

Gununsesi.info xəbər verir ki, Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan prezidentin onlarla görüşməyəcəyi təqdirdə, iqamətgahına gedəcəklərini açıqlayıb: “Prezidentimizi Ermənistan baş Naziri Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisini vəzifəsindən azad etmə qərarını konstitusiyaya zidd olaraq tanıma tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırırıq”.

Onun sözlərinə görə, etirazçılar prezidentdən konstitusiya borcunu yerinə yetirməsini tələb edir. Sarkisyan görüşməkdən imtina edərsə, prezidentin qorxusunun səbəbini öyrənməyə çalışacaqlar.

***

14:37

Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında keçmiş hərbçilər etiraz aksiyası keçirirlər.

Gununsesi.info yerli KİV-ə istinadən bildirir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək məqsədilə keşirilən aksiyada keçmiş hərbçilər bütün həmkarlarını, ordunu və müharibə veteranlarını mitinqdə iştiraka çağırıblar.

Hazırda mitinq davam edir.

Gununsesi.info