İrəvanda KTMT TƏHQİR EDİLDİ: Loqo zibil qutularına yapışdırılır

  • By admin
  • 30 May 2021 22:00

Ermənistanın paytaxtı İrəvan şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təhqir edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “CaucasusWarReport” məlumat yayıb.

Bildirilir ki, naməlum şəxslər şəhər küçələrində yerləşdirilmiş zibil qutularına KTMT-nin loqosunu yapışdırıblar.

Qeyd edək ki, 44 günlük vətən müharibəsində zəfər çalan Azərbaycan sərhədlərini bərpa etmək üçün Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işlərini sürətləndirib. Sərhədçilər tarixi ərazilərdə mövqelərini gücləndirib.

Məğlubiyyədə düçar olan Ermənistan hakimiyyəti Azərbaycanın haqqlı davranışını ərazi iddiası kimi qiymətləndirərk KTMT-yə müraciət edib və rədd cavabı alıb.

Gununsesi.info