İrəvanda xalq ayağa qalxdı - Xüsusi İstintaq Xidməti hədəf seçildi

  • By admin
  • 29 Dekabr 2020 17:49

İrəvanda müxalif Vətəni Xilas Hərəkatının yürüşü başlayıb.

Gununsesi.info xəbər verir ki, baş nazirin istefasını tələb edən etirazçılar öz funksiyalarını yerinə yetirməyən və yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın əmrlərini icra etməklə məşğul olan Xüsusi İstintaq Xidmətinin binasına tərəf hərəkət edir.

Hərəkatın liderlərindən biri Geqam Manukyan qurumun binası yaxınlığında onun işi, polisin etirazçılara qarşı hərəkətləri və müxalifətçilərə qarşı açılan cinayət işləri ilə əlaqədar narazılıqların səsləndiriləcəyini söyləyib: “Ancaq tələbimiz hər zaman olduğu kimi eynidir – baş nazirin istefası. Bu, dəyişməzdir, çünki hər gün ölkə üçün yeni problemlər yaradır”.

Gununsesi.info