İrəvandakı partlayış nəticəsində xəsarət alanların sayı artdı

  • By admin
  • 14 Avqust 2022 20:26

İrəvandakı “Sürmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayı 57-yə yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

36 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Bundan əvvəl Ermənistan Fövqəladə Hallar Nazirliyi İrəvandakı “Sürmalu” ticarət mərkəzində atəşfəşanlığın partlaması nəticəsində xəsarət alan 40 nəfərin xəstəxanalarda stasionar müalicə aldığını, 15 nəfərin isə evə buraxıldığını bildirmişdi.

Gununsesi.info