İradə Əlilinin kitablarının təqdimatı keçiriləcək

  • By admin
  • 21 Yanvar 2017 13:32

irada

 Respublika Elmi Kitabxanasının kitabsaxlayıcı şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəlliməsi, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı publisist-şairə  İradə Əlilinin“Bir damla göz yaşında torpaq həsrəti”, “Vətənin cəsur döyüşçüləri“, “Döyüşçü qadının səngər xatirələri”, “Güllə səsindən doğulan kitab”, “Benim aşk dünyam”, “Bir şeir istədim səndən” kitabları yanvarın  25-də  Bakı Yunus Emre İnstitutunda cəmiyyətimizin mədəni mühitinə təqdim ediləcək.  

Gununsesi.info-nun xəbərinə görə, müəllifin “Bir damla göz yaşında torpaqhəsrəti”, “Gülləsəsindən doğulan kitab”,“Vətənin cəsur döyüşçüləri“, “Döyüşçü qadının səngər xatirələri” adlı kitablarında sonuncu Qarabağ müharibəsinin iştirakçıları, Şəhidləri, Milli Qəhrəmanları haqqında yazılar öz əksini tapıb. Müəllif müharibə zamanı zərərçəkmiş, məcburi köçkünlük həyatı yaşayan soydaşlarımızın yaddaşlarına hopmuş acı xatirələrini qələmə alıb.

Xatırladaq ki, müəllifin “Benim Aşk Dünyam”, “Bir şeir istədim  səndən” şeir kitablarında müxtəlif  illərdə qələmə aldığı şeirlər, esselər, bayatılar, uşaq şeirləri öz əksini tapıb. Bu şeir kitablarının ana xəttini doğma yurd, Vətən sevgisi, saf məhəbbətin tərənnümü, gözəl dostluq, bu günün ağrıları təşkil edir.  Sözügedən  kitablar Vətən ağrısına-acısını  cəmiyyətə çatdıran  yaddaş  rolunu ifadə edir.

Gülnaz Qənbərli

Gununsesi.info