Azərbaycanın tanınmış hüquqşünası İradə Cavadova deputatlığa namizədliyinin qeydə alınması üçün tələb olunan imzaları yekunlaşdırır.
Bu barədə Gununsesi.org-a İradə Cavadovanın seçki qərərgahından məlumat verilib:
“25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyini müstəqil irəli sürmüş vəkil İradə Cavadova imzatoplama kampaniyasına dünən Bəhruz Nuriyev küçəsindən start verib. Seçicilərin aktivliyi, yeni simaya olan ümidi kampaniyaya gözləniləndən də artıq maraq qatıb. İlk gündə üç yüzə yaxın imza toplanıb. Qısa zamanda imza vərəqləri Dairə Seçki Komissiyasına təqdim ediləcək”.
Günay
Gununsesi.org