İradə Həsənzadə təqaüdə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.

Gununsesi.info xəbər verir ki, xanım hakim yaşla bağlı təqaüdə göndərilib.

İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub.

İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Qeyd edək ki, bu ilin mayında İradə Həsənzadənin 65 illik yubileyi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində tədbir də keçirilib.

Gununsesi.info