“İrAero” bu gündən Azərbaycana yeni reyslərə başlayır

  • By admin
  • 04 İyul 2023 10:04

Bu gündən Rusiyanın “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.

Gununsesi.info xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək.

Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.

Qeyd edək ki, “İrAero” aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.

Gununsesi.info