ABŞ Yəməndə “Ənsarallah” Hərəkatına (qiyamçı Husilər) qarşı müharibə elan etməyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter deyib.
“Əldə etdiyim məlumata görə, ölkəm – Amerika Birləşmiş Ştatları Yəmənə qarşı müharibəyə hazırlaşır. Hər il ordusuna 1 trilyon dollara yaxın pul xərcləyən fövqəldövlət əhalisinin 70 faizinin humanitar yardıma ciddi ehtiyacı olan yoxsul ölkə ilə müharibəyə hazırlaşır”, – kəşfiyyatçı bildirib.
“The War Zone” bundan əvvəl Pentaqona istinadla yazmışdı ki, ABŞ müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Qırmızı dənizdə Husilərin təhdidlərinə qarşı müdafiə əməliyyatına hazırlıqları elan edəcək.
Qiyamçı Husilər Yəməndə vətəndaş müharibəsi başlayandan bəri (2015) İran tərəfindən dəstəklənir.
Gununsesi.info