

İran yaxın gələcəkdə daha 20 müasir tipli sərnişin təyyarəsi alacaq.
Gununsesi.info “Fars News”-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərlərin inkişaf naziri Abbas Axundi deyib.
Nazir deyib ki, 20 müasir tipli sərnişin təyyarəsinin alınması məqsədi ilə Fransız İralya şirkəti olan “ATR Company”-lə müqavilə yaxın zamanlarda imzalanmaıdır. Nazir onu da əlavə edib ki, bundan əlavə olaraq İran iri təyyarə istehsal edən şirkətlərlə imzaladığı müqaviləyə əsasən “İran Air” 200 müasir sərnişin təyyarəsi alacaq. “Bunlardan 100-ü “Airbus” şirkətindən, 80-i isə “Boeing” şirkətindən alınacaq. Daha 20 təyyarə isə “ATR Company”-lə yaxın zamanlarda imzalanacaq müqavilə əsasında alınacaq”- deyə, Axundi bildirib.
Qeyd edək ki, İran imzalanmış müqaviləyə əsasən ilk “Airbus-321” sərnişin təyyarəsini yanvarın 12-də Tehrana gətirib və bu təyyarə İranın təyyarə parkına daxil edilib.
Gununsesi.info