İran 2022-ci ilin payızında həbs edilən İspaniya vətəndaşını azad etdi

  • By admin
  • 02 Yanvar 2024 11:09

İran 2022-ci ildə iranlı fəal Məhsa Əmininin məzarını ziyarət etdiyinə görə həbs edilən ispaniyalı Santyaqo Sançesi azad edib.

Gununsesi.info bildirir ki, bu barədə İspaniyanın EFE xəbər agentliyinə onun anası Selia Koqedor məlumat verib.

Anasının sözlərinə görə, azadlığa buraxılıb İspaniya səfirliyinə köçdükdən sonra Sançes vətənə qayıtmaq üçün lazımi prosedurları və uçuşların təşkilini gözləyir.

41 yaşlı Santyaqo Sançez 2022-ci ilin oktyabrında futbol üzrə Dünya Çempionatına baxmaq üçün Qətərə piyada gedərkən iranlı fəal Məhsa Əmininin məzarını ziyarət edib, şəklini çəkərkən həbs edilib.

Həbs edildikdən sonra Sançez 14 aydan çox həbsxanada qalıb. Bu müddət ərzində o, azadlığa buraxılması və müalicəsinin yaxşılaşdırılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Gununsesi.info