İran 28 ölkənin vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv etdi

  • By admin
  • 31 Yanvar 2024 13:03

İran turizmi stimullaşdırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bildirilib ki, hava yolu ilə gələnlər üçün güzəşt aradan qaldırılıb və onlar quru sərhədlərindən keçmək üçün viza almalı olacaqlar.

İran xarici işlər nazirinin müavini Əli Rza Biqdeli bildirib ki, bəzi ölkələrin vətəndaşlarının İrana turizm məqsədi ilə səfər etməsi üçün birtərəfli vizadan azad edilməsi ilə bağlı göstəriş müvafiq qurumlara çatdırılıb.

Biqdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Hindistan, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirib.

İran rəsmisi bəyan edib ki, 28 ölkədən Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilərlər və onlar quru sərhədlərindən keçmək üçün viza almalı olacaqlar.

Gununsesi.info