“Donald Tramp prezidentliyinin ilk dövründə yumşaq və aqressiv siyasi xətlər arasında tərəddüd edirdi. Yumşaq siyasi xətt vitse-prezident Ceyms Venslə, aqressiv siyasi xətti isə Marco Rubio ilə bağlı idi”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında iqtisadçı İsmayıl Qaşqay deyib:

“Keçən ilin yanvar ayında Tramp aqressiv siyasi xətt istiqamətində seçim etdi və prosesə də yaxşı başlamışdı: Venesueladakı əməliyyatdan və Nikolas Maduronu əsir götürdükdən sonra səhmlər qalxdı, lakin dərhal da çökdü.
ABŞ üçün ən böyük problemli regionun Yaxın Şərq regionu olduğu bir daha təsdiqləndi. Yaxın Şərqdə İran sözün əsl mənasında açıq şəkildə ABŞ-a meydan oxuyur
Əslində, bu, qəflətən bizləri yaxalayan çoxqütblü dünyanın özüdür ki var. Hələ fevral ayında belə görünürdü ki, ABŞ-ın təzyiqi altında İranın çöküşü qaçılmaz olacaq.
Əvəzində Vaşinqton Yaxın Şərq tələsinə düşdü və hələ də sifətini qorumadan oradan çıxa bilmir deyə bilərik
Lakin bütün bu yazılanlara baxmayaraq ABŞ-da hələ də kəskin hərbi eskalasiya variantı qalmaqda davam edir.
Görünür, Tramp və onun komandası hazırda hərbi eskalasiyadan istifadə edib-etməyəcəklərinə dair qərarın verilməsi mərhələsindədirlər”.
Afət












