İran ABŞ-ı təhdid etdi - "AMERİKA SURİYAYA TƏKRAR HÜCUM EDƏRSƏ..."

  • By admin
  • 12 Aprel 2017 00:12

abs-iran

ABŞ bir daha Suriyaya hücum edərsə, buna görə cavab verməli olacaq.

Gununsesi.info-nun reuters-a istinadən verdiyi məlumata görə, bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı zamanı deyib.

İranlı nazir ABŞ-ın beynəlxalq hüquq normalarına zidd davrandığını bildirib:

“Amerikalılar Suriyaya təkrar hücum edərsə, buna görə ən ağır şəkildə cavab verməli olacaqlar. İranın cavabı sərt olacaq. Bilməlidir ki, hücumları cavabsız qalmayacaq”.

Gununsesi.info