İran ABŞ-İsrail hərbi əməliyyatının gedişatını qiymətləndirib

  • By Admin2
  • 17 Mart 2026 12:03

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın sözlərinə görə, İran ABŞ və İsrailin respublika ilə bağlı planlarını həyata keçirməsinə mane olub.

Gununsesi.info bu barədə “Tasnim” xəbər agentliyinin verdiyi məlumata istinadən xəbər verir.

“Düşmən öz planını bizə qəbul etdirə bilmədi və biz planlaşdırdığımız hər şeyi həyata keçirdik”, – deyə o bildirib.

Qalibafın sözlərinə görə, mövcud şərait İran xalqını “indiyədək olduğundan daha çox” birləşdirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir müddət əvvəl bildirib ki, ABŞ ölkənin elektrik enerjisi istehsal müəssisələrinə hücum edərsə, Tehran bütün Yaxın Şərqdə elektrik enerjisinin kəsilməsinə səbəb olacaq.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başladı. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ də daxil olmaqla Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirdi. İran həmçinin dəniz yolu ilə neft daşınmalarının təxminən 30%-ni təşkil edən Hörmüz boğazını bağladı və Fars körfəzi ölkələrindəki neft infrastrukturuna hücum etməyə başladı.

Maqsud

Gununsesi.info