İran Aİ ilə terrorizmlə mübarizə sahəsində əməkdaşlığı dayandırır

  • By admin
  • 12 Aprel 2021 21:39

Rəsmi Tehran Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlığı dayandırır.

Gununsesi.info xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

Məlumata əsasən, İran bu addımı Avropa Birliyinin sanksiyalarına cavab olaraq atıb.

Tərəflər arasında əməkdaşlığın dayandırıldığı sahələr terrorizmlə mübarizə, insan haqları, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qaçqınlarla bağlı problemləri əhatə edir.

Gununsesi.info