“İran amerikalılara qarşı sui-qəsddə maraqlıdır” – BLİNKEN

  • By admin
  • 04 Sentyabr 2021 09:01

Amerika Birləşmiş Ştatları İranın keçmiş və hazırkı məmurlar da daxil olmaqla, ABŞ vətəndaşlarına qarşı sui-qəsddə maraqlı olduğunu bilir.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib. ABŞ diplomatiyası rəhbərinin yazılı bəyanatını ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.

“İyulun 19-da dediyim kimi, biz müstəqil jurnalistləri qorxutmaq və ya susdurmaq cəhdlərinə dözməyəcəyik”, – Blinken bəyan edib.

Cümə günü ABŞ hökuməti İrana qarşı sanksiyaların siyahısını genişləndirib və bu ölkənin daha dörd vətəndaşını ora əlavə edib. Amerika hakimiyyətinin fikrincə, İran əsilli amerikalı jurnalistin oğurlanması və ABŞ-dan çıxarılması məqsədi ilə sui-qəsdin təşkilində hər dörd nəfərin əli var.

İyulda ABŞ hakimiyyəti İranın xüsusi xidmət orqanlarını Nyu-Yorkda yaşayan İran əsilli amerikalı jurnalisti oğurlayıb ABŞ-ın hüdudlarından kənara çıxarmaq məqsədilə sui-qəsd təşkil etməkdə ittiham edib.

Tehran bu məsələ ilə bağlı ABŞ-ın irəli sürdüyü ittihamları qəti şəkildə rədd edib.

Gununsesi.info