Tehran Avropa İttifaqına daxil olan üç ölkə ilə İranın nüvə proqramı ilə bağlı imzalanan saziş üzrə yaranmış durumu müzakirə etmək niyyətindədir.
Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki, bunu İranın XİN başçısı Mühəməd Cavad Zərifi deyib.
İranlı nazirin sözlərinə görə, görüş zamanı ABŞ-ın birgə kompleks tədbirlər planına qarşı destruktiv siyasəti müzakirə olunacaq.
Görüşün vaxtı və yeri barədə məlumat verilmir.
Qeyd edək ki, İran və altı ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və Çin) 14 iyul 2015-ci ildə İranın nüvə proqramının tənzimlənməsi ilə bağlı saziş imzalayıb. Bununla bağlı birgə kompleks tədbirlər planı qəbul edilib.
Donald Tramp administrasiyası İranla bağlı imzalanın sazişi səhv hesab edərək bu, sazişi ciddi tənqid atəşinə tutur. ABŞ dəfələrlə bu sazişdən çıxmaq barədə fikirlərini səsləndirib.
Gununsesi.info