İran Avropa ölkələri ilə nüvə danışıqlarını bərpa etməyi planlaşdırmır

İran Avropa ölkələrinin sanksiyaları yenidən tətbiq etməsindən sonra nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi planlaşdırmır.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsmail Baqai bazar ertəsi açıqlama verib.

“Hazırkı mərhələdə danışıqlar aparmaq planımız yoxdur,” – deyə Baqai bildirib.

O əlavə edib ki, Tehran Fransa, Britaniya və Almaniya tərəfindən sanksiyaların bərpasının “nəticə və təsirlərini” araşdırır.

Firuzə 

Gununsesi.info