“İran-Azərbaycan danışıqlarında nisbi uğur müşahidə edirik”

“İran Azərbaycanla münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib. Xoşbəxtlikdən bu prosesdə nisbi uğur müşahidə edirik”.

Gununsesi.info “Mehr”ə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi sözçüsü Naser Kənani bu gün keçirilən brifinqdə deyib.

“İki ölkənin XİN rəhbərləri arasında baş tutan telefon danışıqları müsbət hadisə oldu və bizi cari vəziyyətin aradan qaldırılmasında və ölkələr arasında gərginliyin azaldılmasında ümumi yanaşmaya gətirib çıxardı”, – deyə Kənani qeyd edib.

 

Gununsesi.info