
İranın Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani Azərbaycan hökuməti ilə Qarabağda yaşayan erməni təmsilçiləri arasındakı razılaşma haqqında açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kənani ölkəsinin iki tərəf arasında əldə edilən razılaşmadan məmnun olduğunu bildirib.
Kənani bunları deyib:
“Azərbaycan hökuməti ilə Qarabağda yaşayan erməni təmsilçiləri arasında bu bölgədəki toqquşmaların dayandırılması ilə bağlı razılaşmadan məmnunuq. İran Azərbaycan Respublikasının ərazi bütünlüyü çərçivəsində problemlərin həlli üçün dialoq və barışıq mexanizmlərinə köklənilməsini gözləyir”.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan ölkədə konstitusion hüququ bərpa etmək və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatlarına başlamışdı. Proses 24 saat içində bitirilmişdi.
Tərcümə: Arzu