İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq

  • By admin
  • 21 Yanvar 2021 17:53

“Azərbaycanda ticarət nümayəndəliyi yaradılacaq”.

 

Gununsesi.org xəbər verir ki, bunu Gilan vilayətinin Kooperativlər Palatasının sədri İsa Məhəmmədi deyib.

Onun sözlərinə görə, İranın qeyri-neft ixracına dəstək paketlərinin həyata keçirilməsi və müsbət valyuta daxilolmalarına hərtərəfli dəstək məqsədilə Azərbaycanda daimi ofisin açılması ilə bağlı Kooperativlər Palatasının iclası keçirilib.

“İclasın keçirilməsinin əsas məqsədlərindən biri Azərbaycanda nümayəndəlik və ya Ticarət Evi yaratmaqdır və ilk addım Kooperasiya Palatasının xüsusi VÖEN-i olan menecerlərlə koordinasiyanın aparılmasıdır”, – deyə iclasda palata sədri İsa Məhəmmədi bildirib.

O əlavə edib ki, İran tərəfi Azərbaycanda Ticarət Evinin yaradılması istiqamətində ciddi şəkildə çalışır.

Gununsesi.org