İran Azərbaycanı hədəf  taxtasına qoyma kimi bir duruma girməz - SEVİL NURİYEVANIN SUALINA ƏRDOĞANDAN CAVAB

  • By admin
  • 21 Oktyabr 2021 18:41

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva prezident  Rəcəb Tayyib Ərdoğana  son dövrlər gərginləşən Azərbaycan-İran münasibətlərinə dair sual ünvanlayıb.

Gununsesi.info həmin söhbəti təqdim edir:

 

Sevil Nuriyeva: İranın Naxçıvan və Cənubi Qafqaz sərhədində bir hərbi fəaliyyəti mövcuddur. İran bir tərəfdən də Azərbaycanın İsraillə münasibətlərinə işarə edir. Türkiyənin Qafqazda aktiv və qalıcı aktyora çevrildiyindən sonra İranın bu addımlarının bir anlamı varmı və bu bir böhrana çevrilə bilərmi?

Rəcəb Tayyib Ərdoğan: Mənim şəxsən belə bir gözləntim yoxdur. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf  taxtasına qoyma kimi bir duruma girməz.  Çünki, bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək.