İran Azərbaycanla sərhədi bağlayıb  

  • By admin
  • 12 Mart 2023 11:20

İran Naxçıvana və Muxtar Respublikadan Azərbaycanın qalan hissəsinə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyub.

Azərbaycan özü də quru sərhədləri bağlayıb. Belə bir məqamda çətinliklər qaçılmazdır.
Ekspert Elçin Rüstəmli deyir ki, təcili qaydada Gürcüstanla sərhəd açılmalıdır.
“Ümumiyyətlə, quru sərhədlərə qoyulan absurd qadağanı ləğv etmək lazımdır. Necə olur, dünyanın dörd tərəfindən ali qonaqlar dəvət edib beynəlxalq forumlara, sammitlərə ev sahibliyi edirik, amma koronovirusa görə sərhədi bağlamışıq. Yeri gəlmişkən, Bakıya səfərə gələn Bolqarıstan prezidentinin covid testi pozitiv çıxıb deyə səfərini yarımçıq dayandırıb.

Ötən həftə DST sədri Bakıda keçirilən sammitdə bəyan elədi ki, pandemiya bitib.
Qoyulan qadağa Azərbaycana, onun vətəndaşlarına zərər vurur, onu ləğv etmək lazımdır, yoldaşlar. Bunun təhlükəsizliyə heç bir aidiyyəti yoxdur”.

Günel
Gununsesi.info