İran ballistik raket sınağı həyata keçirib

  • By admin
  • 23 Sentyabr 2017 19:40

b2b64d6f3ebc4fa0b57eeabb25228ec9

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran cümə günü hərbi paradda nümayiş etdirilən yeni orta-mənzilli ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirib.

Şənbə günü dövlət televiziyası sınağın video görüntülərini yayımlayıb.

Xorramşar raketinin sınağının harada və nə zaman keçirildiyi isə bilinmir. Raket 2000 kilometrlik məsafəni qət edə və bir neçə döyüş başlığı daşıya bilir.

Cümə günü hərbi parad zamanı prezident Həsən Ruhani İranın heç bir ölkədən icazə almayaraq raket proqramını gücləndirəcəyini deyib.

Vaşinqtonun hər hansı raket sınağını xoş qarşılayacağı gözlənilmir.

İran nüvə proqramını məhdudlaşdırmaq məqsədilə altı dünya qüdrəti, yəni Rusiya, Çin, Fransa, Almaniya və Britaniya ilə razılıq imzalayıb.

Bu yaxınlarda ABŞ dövlət katibi Reks Tillerson deyib ki, İran 2015-ci ildə əldə olunan rüvə razılığının gözlənitlərindən geridə qalır.

Beynəlxalq müfəttişlər İranın nüvə proqramını məhdudlaşdırmaq tələblərini yerinə yetirdiyini bildirsə də, Tillerson İranın ballistik raket proqramı və Suriya prezidenti Bəşər Əl-Əsədə dəstəyinə işarə edərək deyib ki, İran regional sülh və təhlükəsizliklə bağlı maddələri pozur.

Gununsesi.info