İran beş etirazçıya ölüm hökmü çıxardı

İranda məhkəmə beş etirazçıya ölüm hökmü çıxarıb.

Gununsesi.info xəbər verir ki, istintaqın məlumatına görə, Kərəc şəhərində rəis müavininin qətli ilə bağlı iş üzrə 16 nəfər təqsirləndirilib. Beş nəfərə ölüm hökmü çıxarılıb. Daha 11 nəfər, o cümlədən üç azyaşlı uzun müddətə – 25 ilədək azadlıqdan məhrum ediliblər.

Agentlik qeyd edir ki, hökmlərdən ölkənin Ali Məhkəməsinə şikayət verilə bilər.

Bundan əvvəl İran Daxili İşlər Nazirliyi ölkədə ən azı 200 nəfərin iğtişaşların qurbanı olduğunu bildirmişdi. Hüquq müdafiəçilərinin məlumatına görə, azı 320 nəfər ölüb.

İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda İslam Respublikasının 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinə dəyişiklik edilməsinə icazə verib. İran hakimiyyəti səhv hicab geyindiyinə görə saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan iki aydan artıq etiraz aksiyalarından sonra ölkənin vitse-polislərini ləğv edib.

Gununsesi.info