İran borcunu təbii qazla ödəyir

  • By admin
  • 14 İyun 2017 13:11

03

İranın neft naziri Bican Namdar Zəngane ölkəsinin Türkiyəyə olan borcunun bir hissəsini – 800 milyon dollarını təbii qazla ödədiyini bəyan edib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bican Namdar Zəngane bu haqda mətbuata açıqlamsında belə deyib.

Belə ki, Zəngane bildirib ki, İranın Türkiyəyə olan borcunun qalan hissəsi də eyni ilə təbii qazla ödəniləcək.

Xatırladaq ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra, İran müxtəlif bəhanələrlə Türkiyəyə verilən təbii qaz qiymətini qaldırıb. “BOTAŞ” şirkəti İrandan idxal etdiyi təbii qazın qiymətinin yüksək olması ilə əlaqədar İrana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

Türkiyənin şikayətinə baxan Beynəlxalq Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin (10-15faiz ) azaldılmasını, eyni zmanda Türkiyəyə 1,9 milyard dollar təzminat ödəməsini tələb edib.

Anar

Gununsesi.info