İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.
L. Koçaryan qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.
Gununsesi.info