İran bu məhsulların ixracına qadağa qoydu

  • By admin
  • 19 Aprel 2022 16:17

İran Ukrayna böhranı ilə əlaqədar ölkədən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub.

Gununsesi.info  bildirir ki, bunu İranın kənd təsərrüfatı naziri Cavad Sadatinjad deyib.

Qadağa, ilk növbədə, bir sıra mallara qlobal tələbatın artması, qonşu ölkələrdə idxal tariflərinin aşağı salınması və qiymətlərin və daxili bazarın tələbatının tənzimlənməsi zərurəti ilə bağlıdır.

Beləliklə, ölkədən pomidor, kartof, badımcan, soğan ixrac etmək mümkün olmayacaq. Məhdudiyyətlər növbəti bildirişə qədər qüvvədə qalacaq.

 

İrandan kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarında kifayyət qədər olmasını nəzərə alsaq, o zaman bu qadağadan sonra ölkəmizdə də bahalaşma labüddür.

 

Gununsesi.info