İran bu ölkələrdə hərbi baza qurur

  • By admin
  • 28 Noyabr 2016 10:54

iran-bayragi

“Yəmən və Suriyada hərbi-dəniz bazası qura bilərik”.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Bakeri İranın “Şark” qəzetinə verdiyi açıqlamada deyib.

O, bildirib ki, Oman dənizidə olduğu kimi, İranın Hərbi Dəniz Qüvvələrinin Hind okeanında mövcudluğuna ehtiyac var: “Çünki uzaq sahillərdə bizim hərbi-dəniz bazasına ehtiyacımız var. Biz eyni zamanda, Suriya və Yəməndə də hərbi-dəniz bazası qura bilərik”.
“Nüvə silahına sahib olmaqdansa, uzaq sahillərdə hərbi-dəniz bazasına sahib olmaq daha məqsədəuyğundur. Görəsən uzaq sahillərdə hərbi bazaya sahib olmaq, nüvə texnologiyasına sahib olmaqdan daha əhəmiyyətsizdir? Mən, hərbi bazanı, nüvə texnologiyasına sahib olmaqdan daha üstün tuturam”- deyə, Bakeri sözlərinə əlavə edib.
Anar
Gununsesi.info