İran bu ölkə ilə sərhəd qapısını bağladı

  • By admin
  • 23 Aprel 2022 18:43

İran ölkənin şərqində Əfqanıstan sərhədində Doqarun sərhəd keçid məntəqəsini bağladığını elan edib.

Gununsesi.info xəbər verir ki, bu haqda İranın “Təsnim” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, İran sərhədçiləri ilə Talibanın sərhəddə yol inşaatına başlaması səbəbindən mübahisə yaşanıb. Hazırda tərəflər arasında müzakirələrin aparıldığı bildirilir.

Gununsesi.info