İran bu şərtlərlə Aİ-nin təkliflərini qəbul edə bilər

  • By admin
  • 13 Avqust 2022 14:44

Rəsmi Tehran hesab edir ki, Avropa İttifaqının nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə İRNA agentliyi iranlı diplomata istinadən məlumat yayıb.

Bildirilib ki, MAQATE-nin fəaliyyəti ilə bağlı siyasi aspektlərdə və sanksiyalarla əlaqədar Tehrana zəmanətlər verilərsə, İran Avropa İttifaqının təkliflərini qəbul etməyə hazırdır.

Xəbərdə qeyd olunub ki, hazırda İran təklifləri araşdırma mərhələsindədir.

Gununsesi.info