İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır

  • By admin
  • 20 Yanvar 2022 17:25

Yanvarın 21-də İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri Hind okeanının şimal hissəsində hərbi təlimlərə başalayacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə İran hərbi dəniz qüvvələrinin admiralı Musatafa Tacəldini jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, “Təhlükəsizlik kəməri-2022” kod adı ilə adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərin məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır. Təlimlərə hərbi hava qüvvələri də cəlb ediləcək.

Admiral diqqətə çatdırıb ki, hər 3 dövlətin hərbi dəniz sahəsində əməkdaşlıq əlaqələri davam edəcək və birgə təlimlər gələcəkdə də keçiriləcək. Bu təlimlər isə terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirəcək.

 

Gununsesi.info