Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Dekabr 2017 - 08:25

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çalışır- LARİCANİ

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir.

Gununsesi.info xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.

“Düşünürük ki, münaqişələrin həlli üçün ən yaxşı yol siyasi danışıqlar və müzakirə yoludur. Bu problemin sülh və dostluqla başa çatacağına ümid edirik. Ona görə ki, bölgədə kifayət qədər münaqişə və gərginlik mövcuddur. Yeni qarşıdurma yaratmaq heç bir ölkənin xeyrinə deyil”, deyə Ə. Laricani bildirib.

Ə.Laricani qeyd edib ki, İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir və bəzi ölkələr kimi qəfildən dəyişmir: “Necə ki, İraq və Suriya bunun aşkar nümunəsidir. Həmin ölkələrdə terrorizm böhranı yaşanırdı və biz sonadək onların yanında olduq”.

Gununsesi.info