İran diplomatı İstanbul aeroportunda belə həbs edildi - VİDEO

  • By admin
  • 13 Fevral 2021 19:14

Türkiyənin “TRT” televizya kanalı terrorda iştirak etməkdə günahlandırılan iranlı diplomat Məhəmməd Rza Nasirzadənin İstanbul Hava Limanında saxlanılma görüntülərini yayıb.

Gununsesi.info xəbər verir ki, İranın istanbul Baş Konsulluğunun əməkdaşı 43 yaşlı Məhəmməd Rza Nasirzadə İranın keçmiş kəşfiyyat məmuru, Türkiyəyə sığınmış Məsud Moləvi Vərdəncaninin öldürülməsində iştirakda təqsirli bilinir.

Məsudd Moləvi Vərdəncani 14 noyabr 2019-cu ildə İstanbulun Şişli bölgəsində ürək və ayaq nahiyəsindən aldığı güllə yarası nəticəsində həyatını itirdi.
Məsud Moləvi İranın keçmiş kəşfiyyat məmuru olub. O, Türkiyəyə köçəndən sonra internetdə İran rəsmilərinin korrupsiyaları barədə ifşaedici məlumatlar paylaşıb.
“Daily Sabah”ın verdiyi bilgiyə görə, qatilin İrana qaçmasına yardımda iştirak edən Siyavuş Abazər Şələmzari dindirmə zamanı İran diplomatı Məhəmməd Rza Nasirzadənin cinayətdə rolu haqda etirafından sonra Türkiyə məhkəməsi diplomatın tutuqlanması barədə qərar verib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu xəbərə cavab olaraq bildirib ki: “Ölkəmizin konsulluğunun heç bir əməkdaşı həbs olunmayıb. “Mediada adı çəkilən şəxs konsulluğun əməkdaşı deyil və məsələni aydınlaşdırmaq üçün rəsmi kanallar vasitəsilə Türkiyə rəhbərliyi ilə əlaqə saxlayırıq.”

Gununsesi.info