İran Ermənistana gedən alternativ yolu bir aya açacaq

  • By admin
  • 07 Oktyabr 2021 21:41

“İranla Ermənistan arasındakı alternativ marşrut bir ay sonra fəaliyyətə başlayacaq”

Gununsesi. info xəbər verir ki, bunu İRNA-ya açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlayıb.

Nazir müavini bildirib ki, Gorusla Qafan arasındakı yolun Azərbaycan torpaqlarından keçməsi səbəbindən alternativ marşrut axtarışında olublar:

“İrana məxsus yük maşınları üçün 21 kilometrlik marşrutda ortaya çıxan problem həllini tapır. Ondan sonra Azərbaycana rüsum verməyə ehtiyac olmayacaq”.

Ermənistan İrana alternativ yol çəkməyə məcbur oldu

Gununsesi. info