“İran Ermənistanın hər mənada qayğısına qalır” -DEPUTAT

Bir tərəfdən bu ilin 8 ayında ticarət dövriyyəsini 43 faiz artıran İran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir, digər tərəfdən qaz ixracını 2 dəfə artacağını bəyan edib. Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran Ermənistanın hər mənada qayğısına qalır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

HTML tutorial

Onun sözlərinə görə, bu ondan xəbər verir ki, İran Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlayan bir ölkə ilə ən sıx münasibətlər qurur və Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına səmərəsiz cəhdlər edir: “Nə qədər qəribə olsa da Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldikdən sonra sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Belə görünür ki, İran Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmizlə güney azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədələyirmiş”.

Deputat qeyd edib ki, sərhədlərimiz yaxınlığında zəfərdən sonra irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir: “44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir. Görünən odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılmağa çalışılır və hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu da regionda yeni gərginlik yaratmağa xidmət edir. Zəfərdən sonra formalaşan yeni düzən bəzi dövlətləri narahat etməkdədir: bunlar səmərəsiz təhdidlər olsa da belə…”

Gununsesi.info