İran eyni vaxtda orbitə üç peyk buraxıb

  • By ilhame
  • 28 Yanvar 2024 12:10

İran eyni vaxtda orbitə üç peyk buraxıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

 

“Mehda”, “Keyhan-2” və “Hatef-1” peykləri Semnan əyalətindəki İmam Xomeyni Kosmik Mərkəzində platformadan buraxılıb.

 

“Mehda” İran Kosmik Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb sınaqdan keçirilmiş 32 kiloqramlıq tədqiqat peykidir. “Keyhan-2” və “Hatef-1” isə ölkənin Müdafiə Nazirliyi tərəfindən idarə olunan İran Elektron Sənayesi Şirkəti tərəfindən hazırlanmış nanopeykdir. Bu peyklərin çəkisi on kiloqramı keçmir.

 

Bundan əvvəl yanvarın 20-də “Soraya” peyki üç mərhələli raketlə Yer kürəsindən 750 kilometr yüksəkdə orbitə yerləşdirilib.

Gununsesi.info