Omanda ABŞ və İran arasında qeyri-rəsmi danışıqlar gedərkən cümhuriyyətçi senator husilərin Qırmızı Dənizdə həmlələri davam edərsə İran gəmilərinin vurulmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, Alyaska Ştatının senatoru Don Solivan prezident Baydenə bu barədə məktub ünvanlayıb.
“İrana çatdırn ki, husilərin növbəti raketi və yaxud PUA-sı ABŞ gəmilərinə sarı atəş olunarsa dəniz qüvvələrimizi məqsəd götürən İranın casusluq gəmilərinin batdırılması ilə nəticələnəcək” məktubda deyilir.
Xatırladaq ki, Faynaşnal Taymz dərgisi martın 14-ü Amerika və İran nümayəndələrinin Omanın paytaxtı Maskatda gizli və qeyri-rəsmi görüşdükləri barədə xəbər yayıb.
Görüşdən məqsəd isə Tehranı öz nüfuzundan istifadə edərək Yəməndə yerləşən hususi yaraqlılarını Qırmızı Dənizdə gəmiləriə həmlələrini dayandırmağa qane etmək olub.
Gununsesi.info