İran generalları Azərbaycana başsağlığı verdi

  • By admin
  • 03 Dekabr 2021 10:53

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd Əli Qudərzi Azərbaycana başsağlığı veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi öz rəsmi tvitter hesabında paylaşıb.

“DSX-nin helikopterinin qəzaya uğraması və 14 nəfərin həyatını itirməsi ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi M.Baqiri Azərbaycanın müdafiə naziri Zakir Həsənova və Baş Qərargah rəisi Kərim Vəliyevə, İran Sərhəd Qoşunları komandanı Əhməd Əli Qudərzi isə həmkarı Elçin Quliyevə, Azərbaycan dövlətinə və xalqına başsağlığı verib”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info