“İran hər vəchlə amerikalıların planlarını pozmağa çalışır” – Ekspert

  • By admin
  • 19 Mart 2017 14:37

 iran-_flag_tehran_030415-300x214

 

ABŞ-ın İraq üçün beynəlxalq səfərbərlik elan etdiyini desək yanılmarıq.

Bu açıqlama ilə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bilgay Duman bildirib.

“Son dövrlərdə BMT-nin İraqda humanitar yardım fəaliyyəti bunun bir göstəricisidir. Xüsusilə, İraqda sosial güzəşt və sülhün təmin edilməsi istiqamətində konkret addımlar atılır. ABŞ-ın İraq Baş naziri Heydər Abadini ayaqda saxlamaq üçün bütün addımlarını səfərbər etdiyini demək olar. ABŞ bununla İraqı İrana uduzmaq istəmir. İran isə hər vəchlə amerikalıların planlarını pozmağa çalışır.” – Duman söyləyib. (Axar.az)

Gununsesi.info