
Sentyabrın 9-u Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Agentlik daha əvvəl Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında baş tutan telefon danışığını xatırladıb.
Gununsesi.info