“İran hərbçiləri Krımdadır və Ukraynaya hücumlarda iştirak edir” -Pentaqon bəyanat yaydı

  • By admin
  • 21 Oktyabr 2022 09:48

“ABŞ-ın əlində İranın Ukraynanın infrastrukturlarına və mülki əhaliyə qarşı hucumlarda iştirakına dair subutlar var”.

Gununsesi.info “Assoşeyted Press”ə istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə bəyanatında deyib. Onun sözlərinə görə, İran hərbçiləri Krım ərazisində fəaliyyət göstərirlər və Rusiyanın Ukraynaya dron hucumlarına dəstək verməklə bu hucumlarda iştirak edir.

Kirbi deyib ki, İran azsaylı hərbçilərini Rusiya ordusuna PUA-lardan istifadədə kömək üçün Krıma göndərib.

“Bizdə olan informasiyaya görə, iranlılar Krımda təlimatçılar və texniki dəstək qruplarını yerləşdiriblər. Lakin pilot məsələləri ilə ruslar məşğul olur”-deyə Kirbi vurğulayıb.

Onun sözlərinə görə, Bayden admnistrasiyası Tehrana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Gununsesi.info