İran hava məkanı Rusiya qırıcılarının istifadəsində

  • By admin
  • 14 Aprel 2018 10:45

Tehran Rusiya qırıcılarına  Suriyadakı həyata keçirilən əməliyyatlarla əlaqədar öz hava məkanından istifadə etməyə razılıq verib. 

Gununsesi.info  “Tasnim”-ə istinadən xəbər verir ki, bu barədə  Hərbi xəbərlər xidmətinin təmsilçisi  Hossein Dalirian öz “Twitter” səhifəsində qeyd edib.

Onun yazdığına görə, rəsmi Tehran Moskvanın  Suriyada vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya qırıcılarına  İranın hava məkanı və bazalarından istifadə etmək barədə veridyi təklifi qəbul edib. Rus qırıcıları  Həmədandakı NOJEH  hərbi-hava bazasından istifadə edəcək. Bundan sonra Rus qırıcılar bu hərbi aerodroma enəcək.

Gununsesi.info