İran HDQ qanadlı raketlərin uğurlu sınağını keçirib

  • By admin
  • 18 İyun 2020 13:30

İran Hərbi Dəniz Qüvvələri (HDQ) Oman körfəzində qanadlı raketlərin uğurlu sınağını həyata keçirib.

Gununsesi.org bildirir ki, bu barədə TASS xəbər yayıb.

Uzaq mənzilli kruiz raketləri buraxılış yerindən 280 kilometr məsafədə yerləşən obyektlərə tuşlanıb.

Raket atışları yerüstü obyektləri məhv etmək imkanlarının inkişafına həsr edilmiş təlimlərin bir hissəsi olaraq reallaşdırılıb.

Raketlər həm dənizdən, həm də qurudan atılıb. Hədəflər Oman körfəzində və Hind okeanının şimalında yerləşib.

Gununsesi.org