İran hökuməti Urmiya gölünün sahəsini iki dəfədən artıq genişləndirib

  • By admin
  • 28 Dekabr 2020 15:34

“Urmiya gölünün sahəsi 2785 kvadrat kilometrdən çox genişlənib ki, bu da qeydə alınmış minimum həcmlə müqayisədə iki dəfə artım deməkdir”.

Gununsesi.org APA-ya istinadən məlumat verir ki, bunu Urmiya gölünün Bərpası üzrə  Qərargahın rəhbəri Fərhad Sərxoş deyib.

“Hazırkı vəziyyət 2014-cü illə müqayisədə 100 %-dən çoxdur. Suyun həcmi 3 260 milyard kubmetri keçib ki, suyun həcmi 2015-ci illə müqayisədə və gölün bərpası istiqamətində praktik tədbirlərə başlamazdan əvvəlkindən 5 dəfədən çox artıb”.

Qeyd edək ki, İran hökuməti 10 illik plan çərçivəsində 2015-ci ilədək 80%-i quruyan Urmiya gölünün bərpa proqramına başlayıb. 2021-ci ilin dövlət büdcəsində gölün bərpası üçün yalnız 498 milyon tümən vəsait ayrılıb.

Gununsesi.org