İran hökuməti uyğur türkünü həbs edərək Çinə təhvil verib

  • By ilhame
  • 14 Fevral 2024 22:49

İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

 

Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il müddətinə həbs cəzasına məhkum edib.

 

Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi.

 

Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır.

Gununsesi.info