İran daha güclü döyüş başlıqlarından istifadə etməklə İsrailə hərtərəfli zərbə endirmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, Bu barədə “The Wall Street Journal” Tehranın planları ilə tanış olan mənbələrə istinadən yazır.
Üstəlik, İran cavab hücumunda təkcə İslam İnqilabı Keşikçiləri Korpusundan (İİKK) deyil, həm də ölkənin nizami ordusundan istifadə edə bilər.
Bildirilir ki, bu, bölgəyə qoşunların yerləşdirilməsi demək deyil.
“Hərbçilərimiz çox itki verdi, ona görə də cavab hücumu təşkil etməlidirlər”– deyə adı açıqlanmayan məmur bildirib.
Nəşrin mənbələri həmçinin bildiriblər ki, İran İraq ərazisindən “keçən dəfəkindən daha aqressiv” zərbə endirmək üçün istifadə edə bilər.
Bundan əvvəl İran İnqilabı Keşikçiləri Korpusu generalı Əli Məhəmməd Naini bildirmişdi ki, Tehran Tel-Əvivin respublika ərazisinə son hücumuna qəti cavab verəcək.