İran iki körpüyə zərbələr endirildiyini bildirib

  • By Admin2
  • 07 Aprel 2026 16:21

İran xəbər agentliyi IRNA -nın İsfahan əyalətinin qubernator müavini Əkbər Salehiyə istinadən verdiyi məlumata görə, ABŞ və İsrail İranda infrastruktur obyektlərinə, o cümlədən İsfahan əyalətinin Kaşan şəhərindəki dəmir yolu körpüsünə  və Təbriz-Zəncan magistral yolundakı körpüyə (İranın şimal-qərbində Təbrizi Zəncan vasitəsilə Tehranla birləşdirən strateji əhəmiyyətli magistral yol) hava hücumları həyata keçirib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

“Amerika və İsrail düşməni Kaşan şəhərindəki dəmir yolu körpüsünə hücum edib”, – deyə açıqlamada bildirilir.

Agentliyin məlumatına görə, hücum nəticəsində ən azı beş nəfər yaralanıb.

Orxan

Gununsesi.info